Bakı. Trend:
Bu gün Millətlər Liqasında V tur başa çatıb.
Trend xəbər verir ki, son oyun günündə 5 qrupda 9 qarşılaşma keçirilib.
Azərbaycan millisinin Estoniya ilə oynadığı turda, rəqiblərimiz Slovakiya ilə İsveç sonuncuların meydanında üz-üzə gəlib. Oyun skandinaviyalıların qələbəsi ilə nəticələnib və onlar qrup birinciliyini təmin ediblər.
Türkiyə millisi isə öz qrupunda Uelsi qəbul edib. Oyun 0:0 hesabı ilə başa çatıb. "Ay-ulduzlular" qələbə qazanmaq üçün yaxşı imkan əldə ediblər, lakin Kerem Aktüroğlu 89-cu dəqiqədə verdiyi penaltini dəqiq yerinə yetirə bilməyib.
A Liqasında Almaniya isə Bosniya və Hersoqovinanı 7:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, VI tur sabah başlayacaq.