...

Latviya Riqa-Bakı marşrutu ilə birbaşa reyslərin bərpasına ümid edir

İqtisadiyyat Materials 9 Aprel 2021 17:28 (UTC +04:00)
Latviya Riqa-Bakı marşrutu ilə birbaşa reyslərin bərpasına ümid edir

Bakı. Nərgiz Sadıxova - Trend:

Latviya "AirBaltic" aviaşirkətinin Riqa-Bakı marşrutu ilə birbaşa reyslərin bərpasına ümid edir.

Bunu Trend-ə Latviya səfirinin Azərbaycandakı səfirinin müşaviri Viya Buşa deyib.

O qeyd edib ki, 2020-ci ildə Azərbaycanla Latviya arasında xidmətlər üzrə ikitərəfli ticarətin həcmi əhəmiyyətli dərəcədə azalaraq 6 milyon avroya bərabər olub:

"Azalma əsasən COVID-19 pandemiyasına görə səyahətlərin azalması ilə əlaqədardır. Belə ki, xidmətlərin böyük əksəriyyəti nəqliyyat və turizm sferalarında təqdim olunur. Hazırda Avropa İttifaqının xarici sərhədləri, eləcə də Azərbaycanın sərhədləri müntəzəm sərnişin daşımaları üçün bağlıdır. Bu da xidmət sahəsində əməkdaşlığı məhdudlaşdırır."

Müşavir əlavə edib ki, epidemiloji şərtlər imkan verən kimi, Latviya "AirBaltic" aviaşirkətinin Riqa-Bakı marşrutu ilə reyslərini bərpa etmək niyyətindədir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti