...

Qazaxıstan Türk "Yaşıl" Maliyyə Şurasının yaradılmasını təklif edib - Tokayev

İqtisadiyyat Materials 3 Noyabr 2023 13:03 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Türk "Yaşıl" Maliyyə Şurasının yaradılmasını təklif edib.

Trend xəbər verir ki, bunu Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında əsas məruzə ilə çıxışında deyib.

"Regionlararası ticarəti genişləndirmək və iqtisadiyyata investisiyalara fokuslanmaq lazımdır. Bu məsələdə Türk İnvestisiya Fondu xüsusi rol oynayır. İqtisadi əlaqələrin möhkəmlənməsi üçün "yaşıl" maliyyələşdirmə bazarını inkişaf etdirmək lazımdır. Məlum olduğu kimi, Qazaxıstan Türk "Yaşıl" Maliyyə Şurasının yaradılmasını təklif edib. Bu təklifin həyata keçirilməsi üçün böyük işlər görülüb. Bu gün müvafiq sənəd imzalanıb", - deyə o qeyd edib.

Tokayev Astanaya türk dünyasının Maliyyə Mərkəzi statusunun verilməsi təşəbbüsünün dəstəkləndiyini vurğulayıb.

"Bu qərarınıza görə sizə səmimi qəlbdən minnətdaram", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti