...

Hökümətlərarası danışıqlara qədər Almaniya Azərbaycana Bakıda məsləhətləşmələr keçirməyi təklif etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2007 07:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ. Xəlilova / Növbəti alman-azərbaycan hökümətlərarası danışıqlara hazırlıq çəçivəsində Almaniya höküməti Azərbaycana noyabrın son dekadasında Bakıda məsləhətləşmələr keçirməyi təklif edib. Bu haqda İqtisadi inkişaf nazirliyindən xəbər veriblər. Bundan əvvəlki danışıqlar 14 avqust 2006-cı ildə Bonnda keçirilib.

Məsləhətləşmələrdə ikitərəfli iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Almaniya höküməti həmçinin 2008-ci il üçün Almaniya yenidənqurma bankı KFW və Almaniya texniki yardım cəmiyyətinin GTZ maliyyə və texniki yardımının həcminin müəyyən etmək istəyir.

KFW ilə keçirilən keçən ilki görüş nəticəsində kreditlərin zəmati fondunun yaradılması haqqında müqavilə imzalanıb. Müqavilə azərbaycan bankları üçün carici maliyyə institutları tərəfindən ayrılan 4 mln. avro qrantın istifadəsinə başlanmasının nəzərdə tutur. Görüşdə həmçinin AzDRES-də glektrik xətlərinin çəkilişi üçün 30 mln. avro güzəştli kreditin ayrılması təstiqlənmişdir. Bu layihələr üzrə kredit razılıqları 2007-ci ildə imzalanıb.

İmzalanan yekun protokola əsasən maliyyə əməkdaşlığı çərçivəsində Azərbaycana 9 mln. avroluq imtiyazlı kreditlərin və texniki layihilərin reallaşması üçün 5 mln. avro qrantın ayrılması nəzərdə tutulur.

Nazirlər Kabinetində hesab edirlər ki, danışıqlar 2008-ci ilin yaz-payızından tez keçirilməyəcək, adətən onlar məsləhətləşmələrdən yarım il sonra keçirilir. Bu halda bütün həllini gözləyən məsələlər 18-19 oktyabrda baş tutacaq iqtisadiyyat və texnologiyalar naziri Mixael Qlossun Bakı səfərində müzakirə oluna bilər.

Xəbər lenti

Xəbər lenti