...

Hökumət donuzların kütləvi məhvinə görə kompensasiya ödənilməsi üçün Azərbaycan kəndlilərinin siyahısını hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2008 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral/ Trend , müxbir S.Babayeva/ Epizootiyaya qarşı fövqəladə hökumət komissiyası "afrika taunu"nun aşkar edilməsi ilə bağlı donuzların kütləvi məhvinə görə kompensasiya ödənilməsi üçün Azərbaycanın Qəbələ rayonunun Nic kəndi sakinlərinin siyahısını hazırlayır. Bu barədə cümə günü Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Baytarlıq Xidmətinin mətubat katibi Yolçu Xanvəli məlumat verib. Kənddə 4,7 min baş donuz saxlanılır.

"Bu gün kənddə donuzların kütləvi məhvi prosesi başa çatmalıdır. Proses başa çatdıqdan sonra bu təsərrüfatlarda məşğul olan şəxslərin adları Kənd Təsərrüfatı Nazirliyinə təqdim ediləcək" - o bildirib.

Kənd sakinləri heyvanlar arasında xüsusi təhlükəli virus xəstəliklərinin, o cümlədən "afrika taunu"nun qeydə alınması zamanı dəymiş zərərin ödənilməsi haqqında hökumətin sərəncamı üzrə kompensasiya alacaqlar. Sakinlərə kompensasiya bazar qiymətləri üzrə veriləcək.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində Dövlət Baytarlıq Xidməti yanvarın 28-də "afrika taunu"nun aşkara çıxaması səbəbindən Nic kəndində bir aylıq karantin elan edib. Bu, Azərbaycan ərazisində "afrika taunu"nun yaranması ilə bağlı ilk faktdır.

"Sakinlər Kənd Təsərrüfatı Nazirliyi yekun aktı Maliyyə Nazirliyinə təqdim etdiyi gündən iki ay ərzində kompensasiya almalıdırlar" - Dövlət Xidmətinin mətubat katibi bildirib.

Donuzların "afrika taunu" (Pestis africana suum) - retikul-edotelial sistemin yoluxması ilə xarakterizə edilən kəskin virus xəstəliyidir. Təbii yoluxma sağlam donuzların xəstə və virus daşıyıcları on heyvanlarla əlaqəsi zamanı baş verir. İnfeksiya yem, otlaq, nəqliyyat vasitəsilə yayıla bilər. İnkubasiya dövrü 2-5 gündür. Müalicə hələ ki, tapılmayıb. Xəstəlik çox sürətlə yayıla bilmək qabiliyyətinə malik olduğu üçün profilaktik tədbirlər xəstə olması güman edilən heyvanların ciddi izolyasiyasına yönəlib.

Ölkədə donuzçuluq təsərrüfatları Zaqatala, Şəki, Balakən, Gəncə və Bakı ətrafında saxlanılır.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti