...

Yanvarda Azərbaycanda tikinti sahəsinə 150 mln. manatdan çox vəsait yönəldilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2008 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral / Trend / Yanvar ayında Azərbaycanda tikinti işlərinə 153,1 mln. manat sərf olunub ki, bu da 2006-cı ilin yanvar göstəricisindən 33,5 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsidən məlumat verilib.

Tikintinin ümumi həcmindən 39 mln. manat dövlət müəssisələri, 114,1 mln. manat isə özəl müəssisələrin payına düşüb.

Yanvar ayında yeni tikinti, bərpa və genişləndirmə işlərinə 116,2 mln. manat, əsaslı təmir işlərinə 20,8 mln. manat, 8,3 mln. manat cari təmir işlərinə, 7,8 mln. manat isə digər tikinti işlərinə yönəldilib.

2007-ci ildə ölkənin tikinti sahəsində işçilərin nominal orta aylıq əmək haqları 385,8 manat təşkil edib.

İri və orta tikinti şirkəti işçilərinin əmək haqları 467,2 manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti