...

Azərbaycanın təkrarsığorta şirkəti 2008-ci il üçün strateji plan hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2008 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral/ " , müxbir Ü.İsmayılova/ Azərbaycanın yeganə təkrarsığorta şirkəti "AzRe" növbəti həftə 2008-ci il üçün strateji planın təsdiqlənməsinə hazırlaşır. Bu barədə şirkətin bazar ertəsi yayılan məlumatında deyilir.

Məlumatda deyildiyi kimi, təsisçilərin fevralın 28-də keçiriləcək ümumi yığıncağında 2007-ci ilin maliyyə göstəriciləri də müzakirə ediləcək.

Azərbaycanın birinci təkrarsığorta şirkəti "AzRe" 2007-ci il noyabrın 7-də Azərbaycanın Ədliyyə Nazirliyindən təkrarsığorta fəaliyyəti göstərilməsi üçün lisenziya alıb. Şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edir. Şirkətin səhmdarları altı fiziki şəxsdir. Şirkət həm yerli, həm də regional sığorta, təkrarsığorta şirkətlərinə və təkrarsığorta vasitəçilərinə Non-Life sığorta xidməti göstərir.

Xəbər lenti

Xəbər lenti