...

Moody's American Express-in reytinqini azaldır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2008 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr/ Trend , müxbir N.İsmayılova/ Moody's Reytinq Agentliyi American Express-in (Amex) uzunmüddətli maliyyə xidmətləri ryetinqini A1- dən A2 - dək, American Express Travel Related Services və onun əməliyyat filiallarının qiymətləndirməsini isə, Aa3-dən A1-dək azaldıb.

Reytinqlər ABŞ-a ciddi təsir edən maliyyə böhranı fonunda azaldılıb.

"Cari mənzil və kredit böhranının ciddiliyini nəzərə alaraq, Amex-in gələcək işini proqnozlaşdırmaq imkanı çox məhduddur. Dayanıqlılığı qaytarmaq üçün Amex aktivlərin keyfiyyəti və gəlirlilik səviyyəsinin artırılmasını davam etdirlməlidir", - Moody's-in press-relizində bildirilir.

Xəbər lenti

Xəbər lenti