...

Azərbaycanın Mikromaliyyələşdirmə Assosiasiyası 2008 - ci il üzrə maliyyə göstəricilərinin yoxlanılması üçün auditor cəlb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2008 20:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr/ Trend , müxbir N.İsmayılova/ Azərbaycanın Mikromaliyyələşdirmə Assosiasiyası (AMFA) 2008 - ci il üzrə maliyyə göstəricilərinin auditinin aparılması məqsədilə auditor firmalarını cəlb edir, - Assosiasiyadan çərşənbə axşamı bildiriblər.

Müsabiqədə iştirak etmək üçün mühasibat balansı, mənfəət və nəqd pul axını haqqında hesabat da daxil olmaqla, maliyyə hesabatlarının yoxlanılması barədə təkliflər təqdim etmək lazımdır.

AMFA 2007 - ci ilin fevralında mühasib tutub və indiyədək gəlir və xərclərə dair bütün hesabatlar assosiasiyasın bir əməkdaşı tərəfindən aparılıb.

Bu gün ölkədə fəaliyyət göstərən 15 mikromaliyyə təşkilatından 14 - ü AMFA - nın üzvüdür. Bu gün AMFA - nın 24 üzvü var (onların 10 bankdır). İyulun 1 - nə olan vəziyyətə görə, üzvlərin kredit portfeli cari il ərzində 100 faiz artaraq 600 mln. dollar təşkil edir. Kreditlərin yarısı kənd təsərrüfatı, 25 faizi - ticarət əməliyyatları və s. maliyyələşdirilməsinə yönəldilib. AMFA- nın fəal müştərilərinin sayı 290 mini ötür.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti