Türkmənistan, Aşqabad, 03 dekabr/ Trend , müxbir S.Qurbanov/ Aşqabadda bir sıra regional forumlar, o cümlədən ətraf mühit və sudan istifadə məsələlərinə həsr edilmiş Aİ-Mərkəzi Asiya formatında forum keçirilir.
Bu məqsədlə Mərkəzi Asiyanın beş dövlətinin, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Ukrayna, Moldova, İran və Aİ-yə üzv ölkələrin nümayəndələri Türkmənistanın paytaxtına gəliblər.
Tədbir çərçivəsində "Ətraf mühit və su ehtiyatları sahəsində əməkdaşlıq üçün platforma" konfransı, Aİ-nin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üçün Su Təşəbbüsü işçi qrupunun 12 - ci görüşü və Dövlətlərarası Su Təsərrüfatı Koordinasiya Komissiyasının 52-ci iclası planlaşdırılıb.
Aşqabadda bu tədbirlərin keçirilməsi təşəbbüsü Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovdan gəlib. "Bizim regionda, burada yaşayan xaqların keyfiyyətli içməli suya ən zəruri ehtiyaclarının normal təminatı, bütün iqtisadi sahələrin həm bu gün, həm də perspektivdə su ilə tam təchizi üçün bütün şərait var", - türkmən lider vurğulayır.
Onun sözlərinə görə, bu gün su ehtiyatlarının uçotu, qorunması və onlardan rasional istifadə problemi ən vacib prioritetdir.
"Məhz buna görə də, bu məsələlər üzrə rəy və təcrübə mübadiləsi, istehsalatda ən yeni texnoloji nailiyyətlərin intensiv tətbiqi bu gün bu qədər vacib əhəmiyyət daşımağa başlayır", - Berdiməhəmmədov bildirib. O, Aral regionu əhalisinin XX əsrin ikinci yarısında yaranmış təbii iqlim fonu və sosial-iqtisadi statusunun ətraf mühitin problemləri ilə qırılmaz şəkildə bağlı olduiğuna xüsusi diqqət yetirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]