...

"Bank of Azerbaijan" 19 illiyini qeyd edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2012 16:52 (UTC +04:00)
"Bank of Azerbaijan" ASC 19 illiyini qeyd edir. Fəaliyyətini özəl bank sektorunun yeni yarandığı şəraitdə başlayan "Bank of Azerbaijan" səylə çalışdığı bu illər ərzində ölkənin ən yaxşı bankları siyahısına daxil olub və öz möhkəm mövqeyini saxlamaqdadır.
"Bank of Azerbaijan" 19 illiyini qeyd edir

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

"Bank of Azerbaijan" ASC 19 illiyini qeyd edir. Fəaliyyətini özəl bank sektorunun yeni yarandığı şəraitdə başlayan "Bank of Azerbaijan" səylə çalışdığı bu illər ərzində ölkənin ən yaxşı bankları siyahısına daxil olub və öz möhkəm mövqeyini saxlamaqdadır.

Bankdan Trend-ə verilən məlumata görə, təsis edildiyi gündən etibarən yeni bank xidmətlərinin, innovasiya və texnologiyaların tətbiqi və müştərilərə keyfiyyətli xidmətin göstərilməsi bankın strategiyasının ayrılmaz hissəsi olaraq qalır. Müvəffəqiyyətlə reallaşmış çoxsaylı layihələr sayəsində bankın həm fərdi, həm də korporativ müştərilərinin sayı ildən-ilə artmaqdadır.

"Bank of Azerbaijan"ın fəaliyyətinin əsas istiqamətlərindən biri istehlakçıya keyfiyyətli və sərfəli bank məhsulu və xidməti təklif etməkdir. Bank son il ərzində müxtəlif pulköçürmə sisteminə qoşularaq (Contact, Migom, Xpress Money), müştərilərə onların şəxsi tələblərinə uyğun olan optimal sistemi seçməyə imkan yaradır. Müştərilərin ehtiyaclarını nəzərə alaraq, 2011-ci ilin əvvəlindən "Bank of Azerbaijan" ASC müştərilərə ilk dəfə uzadılmış iş rejimində bank xidməti göstərməyə başlayıb. Həmin uzadılmış iş rejimində xidmət ölkəmizin paytaxtında və ən iri şəhərlərində (Gəncə, Sumqayıt, Quba və Şəki) göstərilməktədir.

"Bank of Azerbaijan" ASC əhali üçün bank xidmətlərini həftənin 7 günü, o cümlədən bayram günləri də təqdim edir.

Hazırda "Bank of Azerbaijan" ASC müştərilərə müxtəlif bank xidmətləri göstərir - hesablaşma-kassa xidmətləri, istehlak, ipoteka və biznes kreditləri, əmanətlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, bank seyflərinin icarəsi, mobil operator xidmətlərinin ödənişi, kommunal xidmət haqlarının ödənişi, İnternet-Bank, MobilBank xidməti və s.

Fəaliyyət göstərdiyi illər ərzində "Bank of Azerbaijan" ASC-nin müştəri xidmət şəbəkəsi Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Ucar, Zərdab, Sabirabad, Yevlax, Quba və Şəki şəhərlərində 17 filial və 3 şöbəyə qədər genişlənib. Hazırda Lənkaran filialının açılması istiqamətində işlər yekunlaşmaqdadır və 2014-2015-ci illərin planlarına əsasən, "Bank of Azerbaijan" ASC-nin filial şəbəkəsi ölkəmizin bütün iri şəhər və rayonlarını əhatə edəcək.

2012-ci il dekabrın 1-nə bankın aktivlərinin həcmi 246 milyon manat, kredit portfeli 204 milyon manat, depozit portfeli 155 milyon manat (hüquqi və fiziki şəxslərin müddətli və tələbli əmanətləri), nizamnamə kapitalı isə 41,8 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti