...

Dövlət Neft Fondu bir sıra aktivlərin satışına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Mart 2013 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir A.Axundov/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Hasilatın Pay Bölgüsü (PSA) sazişləri çərçivəsində Azərbaycanda çalışan xarici neft şirkətlərinin fondlarına təhvil verilmiş aktivlərdən bəzilərini satşa çıxarıb. Bu barədə Trend cümə günü "Xalq" qəzetinə istinadən məlumat yayıb.

Qaynaq avadanlığı, müxtəlif təyinatlı və ölçülü borular, neft və qaz quyularında qazma işlərinin aparılması üçün böyük çeşiddə elementlər, eləcə də ehtiyat hissələri, o cümlədən izolyasiya materialı və digər aktivləri əldə etmək niyyətində olan şəxslər 2013-cü il martın 18-dək ARDNF-yə müraciət edə bilərlər.

Əlavə məlumat üçün Fondun aktivlərlə iş üzrə şöbəsinin müdiri Emin Qasımovla aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamaq olar: 498-77-53, 498-62-55 (172)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti