...

Azərbaycan ilə Aİ arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2013 17:09 (UTC +04:00)
Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Avropa Komissiyasının Qonşuluq Direktorluğunun direktoru Mihel Kölerlə görüşüb. Görüşün məqsədi Avropa İttifaqının (Aİ) büdcəyə dəstək proqramının icrasının və əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi olub.
Azərbaycan ilə Aİ arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 may /Trend/

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Avropa Komissiyasının Qonşuluq Direktorluğunun direktoru Mihel Kölerlə görüşüb. Görüşün məqsədi Avropa İttifaqının (Aİ) büdcəyə dəstək proqramının icrasının və əməkdaşlığın gələcək perspektivlərinin müzakirəsi olub.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Abasov qeyd edib ki, ölkədə kənd təsərrüfatı dinamik inkişaf edir, ötən il kənd təsərrüfatının artım tempi 6,2 faiz və bu ilin birinci rübündə isə 4,4 faiz təşkil edib.

Nazir kənd təsərrüfatının inkişafında beynəlxalq qurumların, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), IFAD-ın, Dünya Bankının, Avropa İttifaqı tərəfindən həyata keçirilən layihələrin bu inkişafa böyük təsir göstərdiyini xüsusilə vurğulayıb.

Görüşdə Avropa İttifaqının büdcəyə dəstək proqramı çərçivəsində baytarlıq sahəsində nəzərdə tutulan layihələrin, o cümlədən baytarlıq qanunvericiliyinin təkmilləşdirilməsi, özəl baytarlıq məntəqələrinin yaranması, kəsim meydançalarının yaranmasına dəstək və digər layihələrin icra vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə olunub. Nazir İsmət Abasov bu layihələrin səmərəli şəkildə icra olunmasının baytarlıq sahəsinin inkişafına öz töhfəsini verəcəyini qeyd edib.

Avropa Komissiyasının Qonşuluq Direktorluğunun direktoru Mihel Köler kənd təsərrüfatının inkişafı məqsədilə Avropa İttifaqı tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin icrası üçün lazımi dəstək göstəriləcəyinə əminliyini bildirib.

Görüşdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia, Avropa Komissiyasında Azərbaycan üzrə məsul işçi Federiko Birokki, Aİ-nin Azərbaycanda nümayəndəliyinin Əməliyyat bölməsinin rəhbəri Federiko Berna iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti