...

"Xalq Bank" dövlət və daxili ipoteka kreditləri verməkdə davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2015 18:34 (UTC +04:00)
"Xalq Bank" ASC yeni 2015-ci ildə də əhaliyə Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına ipoteka kreditlərinın, о сümlədən sosial ipotekanın verilməsini davam etdirir.
"Xalq Bank" dövlət və daxili ipoteka kreditləri verməkdə davam edir

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

"Xalq Bank" ASC yeni 2015-ci ildə də əhaliyə Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına ipoteka kreditlərinın, о сümlədən sosial ipotekanın verilməsini davam etdirir.

Bankdan Trend-ə verilən məlumata görə, bankın filiallarında həm dövlət ipoteka proqramı çərçivəsində, həm də bankın öz vəsaitləri hesabına verilən ipoteka krediti almaq istəyən vətəndaşların müraciətlərinə baxılır. Hazırda "Xalq Bank" ölkədə ipoteka kreditləşməsi sahəsinin liderlərindən biridir və bu istiqamətdə aktiv fəaliyyətini davam etdirir.

Bu günə olan məlumata görə "Xalq Bank" 116,261 milyon manat həcmində 2706 ipoteka krediti verib. Bu kreditlərin 1296-sı Azərbaycan İpoteka Fondunun xətti ilə, 1410 ipoteka krediti isə əhaliyə "Xalq Bank"ın daxili ipoteka proqramı çərçivəsində verilib.

Bankın daxili ipoteka proqramı üzrə təklif etdiyi ipoteka krediti şərtləri və məbləğinə görə bazarda ən cəlbedici məhsuldur. 25 ilədək müddətə verilən ipoteka kreditinin illik faiz dərəcəsi 10%-dən başlayır. Maksimal məbləği 500 000 manat olan krediti hətta Azərbaycan Respublikasının qeyri-rezidenti olan şəxslər ala bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti