...

Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi özəlləşdirmədə çeklərdən istifadəsində artım gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2006 19:58 (UTC +04:00)

Özəlləşdirmə çeklərinin istifadə müddətinin başa çatma tarixi yaxınlaşdıqca bunların özəlləşdirmə prosesində istifadəsi artacaq. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənov bildirib.

Dövlət Komitəsi özəlləşdirmə prosesində şəffaflığı artırmağa, çeklərdən maksimum dərəcədə istifadə etmək və bütün ölkə ictimaiyyətini prosesə cəlb etməyə çalışır. "Bu proses gələcəkdə də davam etdiriləcək" - deyə K.Həsənov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti