...

Qara dəniz və Xəzəryanı ölkələrin sahibkarları konfederasiyada birləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2006 15:52 (UTC +04:00)

Qara dəniz hövzəsi və Xəzəryanı ölkələrin iş adamlarının birlik konfederasiyasının ilk konfransı 2006-cı il noyabrın 26-27-də Türkiyədə keçiriləcək. Bu barədə jurnalistlərə ATİB (Azərbaycan-Türkiyə iş adamları birliyi) başçısı, Ata Holding -in Müşahidə şurasının sədri Əhmət Erentok xəbər verib.

Konfederasiya ATİB-in təşəbbüsü ilə yaradılıb və onun tərkibinə 16 ölkənin iş adamları birliyi daxil olub. Onların siyahısının genişləndirilməsi üzrə təkliflər var. Ə.Erentokun sözlərinə görə, bura Özbəkistan, Pakistan, Əfqanıstan, Hindistan və s. ölkələr daxil ola bilər.

"Sentyabr ayında mən bir sıra ölkələrə (Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan) səfər etməyi planlaşdırıram. Onlar Konfederasiyada hansı iş adamları birliyinin təmsil olunacağını hələ müəyyənləşdirməyib. Əgər belə birlik yoxdusa, biz onların təşkilinə yardım edəcəyik", - deyə Ə.Erentok bildirib.

İkinci səfər İrana olacaq, çünki bu ölkədən tərəfdaş seçimi də ATİB- ə həvalə olunub. Son danışıqlar aparılacaq, artıq Sənaye və mədən evi və Tikinti və məsləhətləşmə assosiasiyası cəlb olunub.

Ümumilikdə, bu ölkələrdə 440 mln. əhali var, ÜDM-in həcmi 2 trln. ABŞ dolları təşkil edir, bu ölkələr arasındakı xarici ticarət dövriyyəsi isə 800 mlrd. ABŞ dollarıdır. Konfederasiyanın təsisi haqqında memorandum 24 iyun 2006-cı ildə imzalanıb.

Xəbər lenti

Xəbər lenti