...

Azərbaycan Dövlət Neft Şirkəti Avropada treydinq şirkəti yaradıb

Energetika Materials 20 Fevral 2008 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral/ " , müxbir S.Əliyev/ İsveçrədə Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus SOCAR Trading SA treydinq şirkəti fəaliyyətə başlayıb. Bu barədə çərşənbə günü ARDNŞ-dan məlumat veriblər.

ARDNŞ-dan şirkətin dünya bazarlarında satılan Azərbaycan neftinin dərin marketinqi ilə məşğul olacağını bildiriblər. Ofis Cenevrədə yerləşir. Şirkətin nizamnamə kapitalı 5 mln. İsveçrə frankı (nominal dəyəri 100 İsveçrə frankı olan 50 min səhm) təşkil edir.

"Hazırda təşkilatı məsələlərin həlli gedir" - şirkətdən bildiriblər.

Şirkətin rəhbəri 2005-ci ildən LİTASCO şirkətinin ("LUKOYL" ASC-nin 100 faizlik törəmə şirkəti) Direktorlar Şurasının sədri olanValeriy Qolovuşkin təyin edilib.

Azərbaycan Dövlət Neft Şirkəti öz vəsitləri hesabına hər il 9 mln. ton neft hasil edir. Bundan əlavə, ARDNŞ dəniz və quru neft-qaz yataqlarının əcnəbi şirkətlərlə birgə işlənilməsində iştirak edir. ARDNŞ-ın ştatı təxminən 60 min nəfər təşkil edir. ARDNŞ şaquli inqteqrasiya olunmuş şirkətdir və gücü ildə 20 mln. ton olan iki Bakı NEZ-ə malikdir. 2007-ci ildə Dövlət Neft Şirkəti 8 mln. ton neft ixrac edib. Bu göstərici 2006-cı ildə 5 mln. ton olub. ARDNŞ öz neftini Novorossiysk və Ceyhan limanları vasitəsilə satır.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti