...

Azərbaycanda energetika sektorunun potensialı iki dəfə artıb

Energetika Materials 28 Fevral 2008 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir İ.Xəlilova / Azərbaycanın energetika sektorunun potensialı beş il ərzində (2004-dən 2009-cu ilədək), dövlət investisiyasının bu sahəyə artırılması hesabına, iki dəfə artıb, - İqtisadi İnkişaf Nazirliyinin Xarici Ticarət və İqtisadi Əlaqələr şöbəsinin müdiri Rüfət Mahmud deyib.

"Ölkə hökumətinin iqtisadiyyatın sabit inkişafı üçün infrastrukturun bərpasına yönələn olduqca heysiyyətli investisiya proqramı var. Dövlətin fiskal siyasəti, neft-qaz layihələrindən gəlirin investisiya layihələrinə ekspansiyasını nəzərdə tutur", - nazirlik nümayəndəsi qeyd edib.

Dövlət investisiyasının genişlənməsi nəticəsində, dövlətin büdcə xərcləri ötən il 63,5 faiz artıb, 2008-ci ildə isə, 35 faiz səviyyəsində (dövlət kapital yatırımı 48,3 faiz səviyyəsində) gözlənilir. Mahmudun sözlərinə görə, investisiyanın 40 faizi ölkə regionlarına yatırılır.

Bu faktorları nəzərə alaraq, o, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 2007-ci ilə keçid prosesinə dair məruzəsində verilən qiymətdən razı deyil. Məruzədə deyilir ki, Azərbaycan infrastrukturunun təkmilləşdirilməsi prosesi xroniki investisiya çatışmazlığı və zəif qanunvericilik bazasından əziyyət çəkir. Bu problemin həlli hökumətin bir nömrəli məsələsinə çevrilib və hökumət AR qonşuları ilə, regional əməkdaşlıq və ticarətin inkişafı məqsədilə, əsas ticarət dəhlizlərinin yaxşılaşdırılmasına əsas diqqət yetirir.

AYİB-in baş iqtisadçısı Erik Berqlofun sözlərinə görə, Azərbaycanın energetika sektoru ödəmə yığımlarının aşağı olmasından, infrastruktur keyfiyyətinin pisləşməsi və böyük itkilərdən əziyyət çəkir. Elektrik enerjisinin istehsalı və ötürülməsinin təkmilləşdirilməsinə yönələn bir sıra layihələr hazırlansa da, elektrik enerjisi istehsalının artan tələbatı ödəyəcəyinə əvvəlki kimi şübhə edilir, - hesabatda deyilir. Avropa Bankının rəyinə görə, hökumət, sektorda konkret sturktur islahatlarının aparılması proqramına hələ başlamayıb, lakin müxtəlif tədbirlərin köməyi və beynəlxalq ictimaiyyətin yardımı ilə hazırlanan ortamüddətli tarif siyasətinin qəbul edilməsi daxil olmaqla, özəl sektorun cəlb edilməsinin tərəfdarı olduğunu bəyan edib. [Azərbaycan özəl elektrik stansiyalarının yaradılması planlarına malikdir, buna dair Koreyanın "KEPKO" şirkəti ilə razalıq əldə edilib].

Enerjinin qiyməti beynəlxalq səviyyəyədək artmaqda davam edib. 2007-ci ilin yanvarında Tarif Şurası neft məhsulları, elektrik enerjisi (üç dəfə) və sənaye istifadəsi üçün təbii qazın (iki dəfə) daxili qiymətini sürətlə qaldırıb. O cümlədən, su qiymətinin qaldırılması, bu sahədə dövlət maddi yardımlarının veriləməsinin azalması və enerji səmərəliyinin artırılması məqsədi daşıyır.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti