...

“Abşeron” yatağından ilk qaz 2021-ci ildə hasil ediləcək (ƏLAVƏ OLUNUB)

Energetika Materials 4 İyun 2015 10:46 (UTC +04:00)
“Abşeron” yatağında qazma işləri üçün yeni nəsil qurğusunu alacaq ilk şirkət Fransanın “Total” şirkəti olacaq.
“Abşeron” yatağından ilk qaz 2021-ci ildə hasil ediləcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

"Abşeron" yatağında qazma işləri üçün yeni nəsil qurğusunu alacaq ilk şirkət Fransanın "Total" şirkəti olacaq.

Trend-in məlumatına əsasən, bunu 22-ci Beynəlxalq "Caspian Oil & Gas 2015" konfransı zamanı çıxışında SOCAR-ın (Azərbayan Dövlət Neft Şirkəti) Birinci Vitse-Pezidenti Xoşbəxt Yusifzadə deyib.

O, yatağın artıq tədqiq edildiyi üçün belə bir qərara gəldiklərini bildirib: "Qazma işləri üçün hər şey hazırdır və yeni yataqlar arasında ilk qaz hasil edəcəyimiz yataq da budur. Məhz bu səbəbdən qurğunu "Total" şirkətinə vermək qərarına gəldik. Qazma işləri, çox güman ki, 2018-ci ildə başlayacaq. İlk qaz 2021-ci ildə hasil ediləcək. Hasil ediləcək qazın həcmi qazılan quyuların sayından asılı olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti