...

BOTAŞ oktyabr-noyabr ayına qədər CQ qaz kəmərinin Türkiyə hissəsinin istismara hazır olacağını bəyan edib

Energetika Materials 21 İyul 2006 17:58 (UTC +04:00)

Türkiyənin BOTAŞ şirkəti 2006-cı il oktyabr-noyabr ayına qədər Cənubi Qafqaz qaz kəmərinin Türkiyə hissəsinin istismara hazır olacağını bəyan edib. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, BP Azerbaijan şirkətinin rəhbəri Devid Vudvord mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, kəmərin hazır olduğunu bəyan etdikdən sonra Türkiyə "Şah-Dəniz" yatağından qaz almağa başlayacaq, lakin istənilən halda ləngimə riski qüvvədə qalacaq.

Bu il yataqdan 1,2 mlrd. m3 qazın hasilatı gözlənilir. Əvvəllər imzalanmış "alqı-satqı haqqında" müqaviləyə əsasən, 670 mln. m3 qazı - Azərbaycan, 60 mln.m3 qazı -Gürücstan, 470 mln. m3 qazı -Türkiyə alacaq. BTC ilə müqavilə hələ imzalanmayıb, lakin ehtimallara görə, şirkətə 40 mln. m3 yanacaq çatdırılacaq" - deyə D.Vudvord qeyd edib.

O deyib ki, kəmərin Türkiyənin ərazisinə düşən hissəsinin hazır olmaması ilə bağlı ləngimə olarsa, bu ölkəyə düşən qaz digər potensial alıcılar arasında bölüşdürülə bilər.

Xəbər lenti

Xəbər lenti