...

"Azercell" öz şəbəkəsini təkmilləşdirir

Telekommunikasiya Materials 19 Fevral 2008 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend / Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" fevralın 19-da 22:00-dan başlayaraq gecə saatları və növbəti günün səhər saatlarında bəzi əməliyyatların keçirilməsində və xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkünlüyü haqqında abunəçilərinə xəbərdarlıq edir - şirkət bildirir.

Bu, operatorun şəbəkəsinin təkmilləşdirilməsi ilə bağlı işlərlə əlaqədardır.

Şirkət rabitə keyfiyyətinin yaxşılaşdırılması üçün vaxtaşırı analoji işlər aparır.

"Azercell Telecom" abunəçilərinin sayı 2,8 mln. nəfəri ötür.

"Azercell Telekom" BM 1996-cı il yanvarın 19-da təsis edilib və abonentlərin istifadəsinə sonradan ödəmə sistemi (abunəlik) əsasında qurulmuş mobil rabitə xidməti təqdim edib.

Şirkət Azərbaycanın Rabitə Nazirliyi (35,7 faiz) və "Fintur Holdings BV" şirkəti (64,3 faiz) tərəfindən təsis edilib. "Fintur Holdings BV" səhmlərinin 58,55 faizi "TeliaSonera" və 41,45 faizi "Turkcell" şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti