...

Azərbaycan Rabitə Nazirliyi İKT-nin inkişafı ilə bağlı dövlət proqramı çərçivəsində fəaliyyətinin illik yekununu aparacaq

Telekommunikasiya Materials 6 Dekabr 2006 19:46 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda Rabitənin və İnformasiya Texnologiyalarının İnkişafı dövlət proqramı ("Elektron Azərbaycan") çərçivəsində konfrans keçirməyə hazırlaşır. Bu barədə bu gün Trend ə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov xəbər verib.

Onun sözlərinə görə, bunun üçün dekabr-yanvar aylarında müvafiq idarələrin iştirakı ilə il ərzində dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlərin yekununa dair geniş konfrans keçiriləcək.

"Elektron Azərbaycan" dövlət proqramı 2005-2008-ci illəri əhatə edir və rabitə və informasiya texnologiyaları sahəsində iqtisadi-struktur islahatlarının modernləşməsinin və genişlənməsinin həyata keçirilməsinə, informasiya cəmiyyətinə qoşulmanın təmini üçün lahiyələrin hazırlanması və gerçəkləşməsinə həsr olunub. Dövlət proqramının əsas məqsədi Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafını, həmçinin, İKT-nin inkişafında milli strategiyanın həyata keçirilməsini, fəaliyyətin bu istiqamətində layihələrin planlaşdırılmasını və icrasını təmin etməkdir.

Nəzərdə tutulan proqram daxilində gerçəkləşən tədbirlər nəticəsində müasir tələblərə cavab verən, yeni texnologiyalar əsasında qurulan rabitə və informasiya texnologiyalarının infrastrukturlarının və informasiya cəmiyyətinə qoşulmanın əsaslarının yaradılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti