...

Ziyafət Əsgərov: Ordunun daxili məsələlərə də müdaxilə edəcəyi barədə deyilənlər doğru deyil

Nəzər nöqtəsi Materials 15 Dekabr 2017 13:55 (UTC +04:00)
Ordunun daxili məsələlərə də müdaxilə edəcəyi barədə deyilənlər doğru deyil.
Ziyafət Əsgərov: Ordunun daxili məsələlərə də müdaxilə edəcəyi barədə deyilənlər doğru deyil

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" yeni qanun layihəsinin qəbulundan sonra ordunun ölkə daxili məsələlərə də müdaxilə edəcəyi barədə deyilənlərin doğru olmadığını bildirib.

Trend-in məlumatına görə, Z.Əsgərov qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, Silahlı Qüvvələr təkcə ordudan ibarət deyil: "Ordunun daxili siyasətə aidiyyəti yoxdur. Daxildəki hansısa məsələlərlə Daxili Qoşunlar məşğul olacaq, ordu yox”.

Z.Əsgərov bəzi mətbuat orqanlarını məsələ haqqında yalnış məlumat yaymamağa çağırıb.

Birinci vitse-spiker əlavə edib ki, Azərbaycan Ordusu dünyanın bir saylı demokratik ordularındandır: "Mətbuatın ordudan yazması üçün Müdafiə Nazirliyinin mətbuat xidməti vasitəsilə lazımi şərait yaradılır".

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti