Özbəkistan, Daşkənd, 01 sentyabr/ Trend , müxbir T.Jukov/ Rusiyanın Baş naziri Vladimir Putin bazar ertəsi Moskva vaxtilə saat 17.00 -da işgüzar səfərlə Özbəkistana gəlib. Daşkənd beynəlxalq aeroportunda Rusiya Baş nazirini İslam Kərimov qarşılayıb.
Trend -a prezidentin mətbuat xidmətindən verilən məlumata görə, səfərin gedişində özbək-rus əməkdaşlığının genişləndirilməsi məsələsi, qarşılıqlı maraq doğuran regional və beynəlxalq xarakterli aktual mövzular müzakirə ediləcək.
Danışıqların nəticələri üzrə iki dövlətin müxtəlif sahələrdə əlaqələrinin dərinləşdirilməsinə istiqamətlənmiş ikitərəfli sənədlərin imzalanması planlaşdırılıb.
Trend -a Rusiya Federasiyası səfirliyindən verilən məlumata görə, Daşkəndə Rusiyanın Baş naziri ilə birlikdə "Qazprom"-un Idarə Heyətinin sədri Aleksey Miller, "Lukoyl"-un rəhbəri Vahid Ələkbərov və Birləşmiş aviaqayırma Korporasiyaların rəhbəri Aleksey Fyodorov və eləcə də Rusiya iş adamlarının nümayəndələri gəlib.
Səfər sentyabrın 1-dən 2-dək davam edəcək.