...

İsrailin bütün ərazisi İranın nəzarəti altındadır – Sepahın baş komandanı

Dünya xəbərləri Materials 25 İyul 2009 15:32 (UTC +04:00)
İsrailin bütün ərazisi İranın nəzarəti altındadır – Sepahın baş komandanı

İranın İslam İnqilabı Keşikçilərinin komandanı, general-mayor Muhəmmədəli Cəfəri deyib ki, İsrail İranın raket hücumunun qarşısında dayana bilməz. ABŞ və israilin RƏM sisteminin imkanları əslində şişirdilib, Cəfəri Tehranda bu günkü mətbuat konfransında deyib. Bu barədə Mehr agentliyi məlumat verib.

O deyib ki, İsrail İran tərəfə bir neçə raket göndərsə, cavabında İran daha çox sayda raket göndərər ki, İsrail heç nə qarşı qoya bilməz.  

Onun sözlərinə görə, İranın düşmənləri istəyirlər ki, İran nüvə proqramının hazırlanmasından imtina etsin. Buna görə də, İranın ünvanına bu ölkələr tərəfindən tələb irəli sürülür. Onlar uzun illər ərzində İrana qarşı yalnış fəaliyyət göstəriblər və göstərməkdə davam edirlər.

Cəfəri əlavə edib ki, İran onu düşmən hücumundan müdafiə etmək qabiliyyətinə malik güclü raket potensialına sahibdir. İrana qarşı istənilən səhv addım atılacağı təqdirdə, bizə düşmən mövqedə olan ölkələr yaddan çıxarmamalıdırlar ki, İsrailin bütün ərazisi müşahidəmiz altındadır.

Xəbər lenti

Xəbər lenti