...

Koronavirus Böyük Britaniyaya da yol tapdı

Dünya xəbərləri Materials 31 Yanvar 2020 13:56 (UTC +04:00)
Böyük Britaniya koronavirusun qeydə alındığı 19-cu ölkə olub
Koronavirus Böyük Britaniyaya da yol tapdı

Bakı. Trend:

Böyük Britaniyada koronavirusa yoluxma qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.

Qeyd olunur ki, koronavirus İngiltərədə bir ailənin iki üzvündə aşkar edilib.

Virusa yoluxanlar karantinə alınıb, onların vəziyyətinin sabit olduğu deyilir.

Böyük Britaniya koronavirusun qeydə alındığı 19-cu ölkə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti