...

Makronu Çinə səfəri zamanı Avropa Komissiyasının rəhbəri müşayiət edəcək

Dünya xəbərləri Materials 24 Mart 2023 22:27 (UTC +04:00)
Makronu Çinə səfəri zamanı Avropa Komissiyasının rəhbəri müşayiət  edəcək

Bakı. Trend:

Aprelin əvvəlində Çinə səfər etməyi planlaşdıran Fransa prezidenti Emmanuel Makronu bu səfərdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen müşayiət edəcək.

Trend xəbər verir ki, bu barədə E.Makrin Brüsseldə keçirilən mətbuat konfransı zamanı deyib.

"Pekinə vahid Avropa səsini təqdim etmək üçün sədr Ursula fon der Lyayeni səfərin bir hissəsində məni müşayiət etməyə dəvət etdim", - deyə E.Makron bildirib.

Xatırladaq ki, fevral ayında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Van İnin Parisə səfərindən sonra Yelisey Sarayı E.Makronun ilin birinci yarısında Çinə səfərinin hazırlıq mərhələsində olduğunu elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti