...

Özbəkistan Rusiyadan 300 min ton neft alacaq

Dünya xəbərləri Materials 26 Aprel 2023 07:28 (UTC +04:00)
Özbəkistan Rusiyadan 300 min ton neft alacaq

Bakı. Trend:

Özbəkistan "Qazpromneft" ilə 2023-cü ildə 300 min ton neft idxalı barədə razılığa gəlib.

Trend xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin baş idarəsinin rəisi Adhamjon Ubaidullayev bildirib.

O, bu barədə üç günlük “Innoprom. Mərkəzi Asiya” sərgisində məlumat verib.

Xatırladaq ki, ötən ilin dekabrında Özbəkistan və Qazaxıstan qaz anbarlarının modernləşdirilməsi və tikintisi, Özbəkistanı enerji ilə təmin etmək üçün Qazaxıstanda kömürlə işləyən istilik elektrik stansiyasının tikintisi barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti