...

Aİ-yə tam üzvlük perspektivinin dəstəklənməsi əlaqələrin güclənməsində mühüm rol oynayacaq - Ərdoğan

Dünya xəbərləri Materials 17 İyun 2023 21:43 (UTC +04:00)
Aİ-yə tam üzvlük perspektivinin dəstəklənməsi əlaqələrin güclənməsində mühüm rol oynayacaq - Ərdoğan

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə telefon danışığı aparıb.

Trend "TurkicWorld"a istinadən xəbər verir ki, telefon danışığı zamanı Ursula fon der Lyayen Prezident Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

"Regional səviyyədə qarşıya çıxan problemlərlə uğurla mübarizə aparmağın yolu Avropa İttifaqının Türkiyə ilə əməkdaşlığını gücləndirməkdən keçir." - deyə Ərdoğan qeyd edib.

O bildirib ki, Türkiyəyə göstəriləcək ədalətli rəftarın və tam üzvlük perspektivinin dəstəklənməsinin əlaqələrdə yeni üfüqlərin açılmasında mühüm rol oynayacaq.

Məlumat üçün bildirək ki, Türkiyədə prezident və parlament seçkiləri 14 may tarixində, prezident seçkilərinin ikinci turu isə 28 may tarixində keçirilib.

28 may tarixində keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,18 səslə qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti