...

Finlandiya Rusiya ilə sərhəddi bağlayır - BU TARİXDƏN

Dünya xəbərləri Materials 16 Noyabr 2023 17:10 (UTC +04:00)
Finlandiya Rusiya ilə sərhəddi bağlayır - BU TARİXDƏN
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiya Rusiya ilə sərhəddə dörd buraxılış məntəqəsini noyabrın 18-nə keçən gecə bağlayacaq.

Trend xəbər verir ki, bu barədə ölkənin baş naziri Petteri Orpo mətbuat konfransında deyib.

"Finlandiya şərq sərhəddində keçid məntəqələrini şənbə gününə keçən gecə bağlayacaq", - o deyib.

Qeyd edək ki, bir qədər əvvəl Finlandiyanın daxili işlər naziri Mari Rantanen nazirliyin Rusiya ilə sərhəddə buraxılış məntəqələrinin bağlanması və ya fəaliyyətininin məhdudlaşdırılması barədə təklif hazırladığını qeyd etmişdi.

Bundan başqa, ötən gün Litva Seyminin (parlament) büdcə və maliyyə məsələləri üzrə komitə sədri Mindauqas Linqe də Rusiya və Belarusla sərhəddə nəzarət-buraxılış məntəqələrinin bağlanmasını təklif edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti