...

Haniyə cümə günü Qətərdə dəfn olunacaq (YENİLƏNİB)

Dünya xəbərləri Materials 31 İyul 2024 14:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İranda keçiriləcək vida mərasimindən sonra cümə günü Qətərdə dəfn ediləcək.

Trend xəbər verir ki, bu barədə HƏMAS hərəkatının mətbuata açıqlamasında bildirilir.

Məlumata görə, İsmayil Haniyə ilə rəsmi vida mərasimi avqustun 1-də Tehranda keçiriləcək. Cənazə bundan sonra Qətərin paytaxtı Dohaya aparılacaq və avqustun 2-də, cümə günü Lusail şəhərində dəfn olunacaq.

Dohada keçiriləcək vida mərasimində ərəb və islam dünyası liderlərinin, həmçinin Fələstin fraksiyası üzvlərinin iştirak edəcəkləri gözlənilir.

Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-nə keçən gecə Tehranda öldürülüb. HƏMAS liderinə hücum onun İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirakından sonra baş verib.

xxx

13:07

Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin dəfn mərasimi Tehranda keçiriləcək.

Trend xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, mərasim avqustun 1-də baş tutacaq.

Xatırladaq ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda yerli vaxtla təxminən 02:00-da qaldığı yerə raket zərbəsi endirilməsi nəticəsində öldüyü bildirilir. HƏMAS rəsmi bəyanatında Siyasi Büro rəhbərinin ölümünü təsdiqləyərək, insidentdə İsraili günahlandırıb.

Hücum Haniyənin İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib.

Xəbər lenti

Xəbər lenti