...

Bu ölkə Ukraynaya 271 milyon avro ayıracaq

Dünya xəbərləri Materials 17 Oktyabr 2024 20:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Niderland Ukraynaya artilleriya mərmilərinin tədarükü üçün 271 milyon avro ayırmaq niyyətindədir.

Trend xəbər verir ki, bu barədə Niderlandın baş naziri Dik Sxof “X” sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, vəsait Danimarka, Niderland və Çexiyanın döyüş sursatı tədarükü ilə bağlı birgə təşəbbüsü çərçivəsində ayrılacaq.

"Niderland artilleriya mərmilərinin tədarükü üçün 271 milyon avro ayıracaq. Bununla da biz 2025-ci ildə Ukraynaya sursat tədarükü ilə bağlı kömək edəcəyik", - Sxov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti