Bakı. Trend:
Bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) hərbçisi terrorçularla silahlı insidentdə ölüb.
Trend-in məlumatına görə, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun Əməliyyatlar üzrə sözçüsü Əhməd Şəfai yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, vilayətin Rask rayonunda baş verən insidentdə 4 terrorçu zərərsizləşdirilib.
Şəfai terrorçulara məxsus avtomobildən çoxlu miqdarda silah-sursat götürüldüyünü deyib.