Şuşa. Trend:
Şuşada Zəfər günü ilə bağlı yerli sakinlərin əl işləri sərgilənib.
Trend-in yerli müxbirinin xəbərinə görə, sərgi Şuşa şəhər Güllü Bağ meydanında təşkil edilib.
Təşkil edilən sərgidə şəhər sakinləri, Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Millət Vəkili Polad Bülbüloğlu iştirak edib.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən, 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.