...

Yeni yaradılan holdinqin nizamnamə fondu 10 milyon manatdır

İqtisadiyyat Materials 7 Noyabr 2024 18:39 (UTC +04:00)
Yeni yaradılan holdinqin nizamnamə fondu 10 milyon manatdır
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında fərman imzalayıb.

Trend xəbər verir ki, yeni yaradılan Holdinqin nizamnamə fondu 10 000 000 (on milyon) manatdır və Holdinqin idarəetməsinə verilmiş dövlət müəssisələri tərəfindən ödənilən vəsait hesabına formalaşır.

Holdinqin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri aşağıdakı mənbələrdən maliyyələşdirilir:

idarəetməsinə verilmiş dövlət müəssisələrinin Holdinqə ödədikləri vəsait hesabına (hər bir müəssisə üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada);

qanunla qadağan olunmayan digər mənbələrdən.

Xəbər lenti

Xəbər lenti