Füzuli. Trend:
Füzuli şəhərində 8 Noyabr - Zəfər Günü ilə bağlı silsilə tədbirlər planına əsasən, rəsm sərgisi nümayiş olunub.
Trend-in bölgə müxbiri xəbər verir ki, Füzuli şəhər Mirzə Uıuqbəy adına məktəbdə açılan sərgidə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alan şagirdlərin əl işlərindən ibarət rəsmlər nümayiş etdirilib.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynov və tədbir iştirakçıları tərəfindən sərgiyə baxış keçirilib.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən, 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.