Şuşa. Trend:
Hazırda Şuşaya 222 ailə köçürülüb. Bu proses yaxın bir ay ərzində davam edib, yekunlaşacaq.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasındaŞuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
O qeyd edib ki, ümumilikdə Şuşada 270 ailə məskunlaşacaq.
"Məktəbdə də hazırda 170 şagird təhsil alır və rəqəmdə artacaq. Böyük Qayıdış Proqramına uyğun olaraq, yeni yaşayış komplekslərinin tikintisi davam etdirilir. Növbəti illərdə şuşalıların məskunlaşmasının şahidi olacağıq", - deyə o bildirib.