Bakı. Trend:
UEFA Avropa Liqasının əsas mərhələsində Norveçdə “Budyo-Qlimt” və "Qarabağ" komandaları arasında keçirilən IV tur oyunu başa çatıb.
Trend xəbər verir ki, “Aspmüra” stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
Görüşü portuqaliyalı FIFA referisi Luiş Qodinyo idarə edib.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində keçirdiyi əvvəlki 3 oyunda xal qazana bilməyib.