...

Azərbaycan üçün canımız fəda olsun - Vətən müharibəsi qazisi

Cəmiyyət Materials 8 Noyabr 2024 13:53 (UTC +04:00)
Azərbaycan üçün canımız fəda olsun - Vətən müharibəsi qazisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Vətən üçün, günü-gündən çiçəklənən Azərbaycan üçün canımız fəda olsun.

Bu sözləri Trend-ə Vətən müharibəsi qazisi Tacir Qədirzadə deyib.

O, Zəfər Günü ilə bağlı təəssüratlarını belə ifadə edib:

"Bütün bu uğurlara məhz Ulu Öndərin layiqli davamçısı, cənab Prezidentimiz İlham Əliyevin sayəsində nail olmuşuq. Qəhrəməncasına vuruşaraq, canlarını bu torpaq ugğrunda fəda etmiş şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazi qardaşlarıma can sağlığı arzulayıram. Parlaq qələbəmiz, Zəfər Günü münasibətilə xalqımızı təbrik edirəm".

Qeyd edək ki, bu gün 8 Noyabr Zəfər Günü ilə bağlı Bakının müxtəlif ərazilərində yürüş keçirilib.

Xatırladaq ki, Azərbaycanda 8 Noyabr - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.

Xəbər lenti

Xəbər lenti