Bakı. Trend:
8 Noyabr qəhrəman şəhidlərimizin qanı və canı bahasına tariximizə əbədi həkk olundu
Bunu Trend-ə İkinci Vətən müharibəsi iştirakçısı Vəzir Həsənov deyib.
O bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin müharibədən əvvəl və sonra xalqa, hərbçilərə göstərdiyi qayğı və diqqət sayəsində, müharibə qəhrəmanlarımızı tarixdə əbədiləşdirmək üçün belə bir möhtəşəm Zəfər Parkı inşa olunub:
"Bu gün 44 günlük zəfər müharibəsindən dörd il ötür. Cənab Ali Baş Komandanımızın rəhbərliyi altında 30 ildən artıq düşmən tapdağı altında qalan torpaqlarımız işğaldan azad olundu. 8 Noyabr bizim üçün unudulmaz bir tarixdir. Başda bütün şəhid ailələri olmaqla, xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Onların övladlarının ruhu qarşısında baş əyirik".
Qeyd edək ki, bu gün 8 Noyabr Zəfər Günü ilə bağlı Bakının müxtəlif ərazilərində yürüş keçirilib.
Xatırladaq ki, Azərbaycanda 8 Noyabr - Zəfər Günü qeyd olunur.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.