...

89 yeni təhsil müəssisəsində “Peşə təmayüllü siniflər” layihəsi tətbiq ediləcək

Cəmiyyət Materials 7 İyul 2025 10:27 (UTC +04:00)
89 yeni təhsil müəssisəsində “Peşə təmayüllü siniflər” layihəsi tətbiq ediləcək
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

“Peşə təmayüllü siniflər” layihəsinin 2025–2026-cı tədris ilində 89 yeni təhsil müəssisəsində də tətbiqi planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin illik hesabatında məlumat verilib.

Bildirilib ki, 2024-2025-ci tədris ilində peşə təmayüllü siniflər əlavə 53 məktəbdə fəaliyyətə başlayaraq əhatə dairəsini genişləndirib və ümumilikdə 249 məktəbi əhatə edib.

"2024-2025-ci tədris ilində layihə çərçivəsində 4 yeni pilot ixtisasın tədrisinə başlanılıb. Layihə 1087 nəfər müəllim, 7000-dən çox şagirdi əhatə edir. “Peşə təmayüllü siniflər” layihəsinin 2025–2026-cı tədris ilində 89 yeni təhsil müəssisəsində də tətbiqi planlaşdırılır. Bu genişlənmə nəticəsində peşə təmayüllü siniflərdə 10 000-dən çox şagirdin təhsil alması nəzərdə tutulur", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti