...

Azərbaycanlı hakim Konfrans Liqasının oyununa təyinat alıb

İdman Materials 7 İyul 2025 11:00 (UTC +04:00)
Azərbaycanlı hakim Konfrans Liqasının oyununa təyinat alıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

Trend xəbər verir ki, o, Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanda “Dila” və Lüksemburqun "Rasinq” komandaları arasında keçiriləcək cavab oyununun hakim-inspektoru olacaq.

A.Xudiyev Bosniya və Herseqovinadan olan hakimlər briqadasının işinə qiymət verəcək.

Qarşılaşma iyulun 17-də Qori şəhərində yerləşən “Tengiz Burjanadze” stadionunda oynanılacaq.

Xəbər lenti

Xəbər lenti