...

Bu il dövlət büdcəsindən geri qaytarılan vəsaitin həcmi məlum olub

İqtisadiyyat Materials 7 İyul 2025 17:23 (UTC +04:00)
Bu il dövlət büdcəsindən geri qaytarılan vəsaitin həcmi məlum olub
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsindən ümumilikdə 152,395 milyon manat məbləğində vəsait fiziki və hüquqi şəxslərə geri qaytarılıb.

Trend-ə bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, geri qaytarılan vəsaitin 4,889 milyon manatı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin payına düşür.

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin 94,402 milyon manatı geri ödənilib.

Həmçinin fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 16,854 milyon manatı dövlət büdcəsindən vətəndaşlara geri qaytarılıb.

Yanvar-iyun ayları ərzində artıq ödənilmiş vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları üzrə isə dövlət büdcəsindən geri qaytarılan vəsaitin məbləği 36,250 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti