...

Paşinyan erməni katolikosunu dövlət çevrilişini dəstəkləməkdə ittiham edib

Dünya xəbərləri Materials 7 İyul 2025 10:29 (UTC +04:00)
Paşinyan erməni katolikosunu dövlət çevrilişini dəstəkləməkdə ittiham edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin ölkədə dövlət çevrilişi etmək cəhdlərini dəstəklədiyinə ehyam vurub.

Trend xəbər verir ki, Paşinyan bu barədə öz sosial şəbəkə hesabında yazıb.

“Əgər Ktriç Nersisyan Vazgen Qalstanyan və Qevorq Acapaxyanın saxlanılmasını qanunsuz hesab edirsə, deməli, o, yuxarıda adı çəkilən şəxslərin hərbi çevriliş həyata keçirmək, insanları dəmir barmaqlıqlar arxasına salmaq və ölkədə xaos yaratmaq ideologiyasını və planlarını bölüşür.

Vaqarşapatın genişləndirilmiş icmasının heç bir ərazisi hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün qapalı ola bilməz, xüsusilə də Ktriç və bir neçə digər şəxsin sayəsində bu ərazilər zinakarlıq üçün açıq olduğu halda”, – deyə Paşinyan yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti