...

Berlin–Münxen sürət qatarlarının hərəkətində yanğın səbəbilə ciddi gecikmələr yaşanır

Dünya xəbərləri Materials 7 İyul 2025 08:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada Berlin–Münxen istiqamətində hərəkət edən sürət qatarlarının marşrutunda dəmir yolu keçidində baş vermiş yanğın səbəbindən ciddi ləngimələr qeydə alınıb.

Trend-in Almaniya mətbuatına istinadla verdiyi xəbərə görə, yanğın Oberfranken bölgəsində, Forşhaym və Bamberq şəhərləri arasındakı keçiddə baş verib.

Nəticədə marşrutun bir hissəsi bağlanıb, qatarların hərəkət cədvəli dəyişdirilib, səyahət müddəti uzanıb, bəziləri isə tamamilə ləğv olunub.

Alman polisi hadisənin qəsdən törədildiyi ehtimalı ilə istintaq aparır. İlkin araşdırmaya əsasən, relslərdə hərəkət mümkün deyil.

Alman Dəmir Yolları (Deutsche Bahn) şirkətindən verilən açıqlamada, sürət qatarlarının Nürnberq və Erfurt şəhərləri arasında alternativ marşrutlara yönləndirildiyi, bunun isə təxminən 90 dəqiqəlik gecikmələrə səbəb olduğu bildirilib.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti