...

İlon Maskın Starlink şirkəti Texasda daşqın qurbanlarına pulsuz rabitə xidməti təqdim edir

Dünya xəbərləri Materials 7 İyul 2025 07:45 (UTC +04:00)
İlon Maskın Starlink şirkəti Texasda daşqın qurbanlarına pulsuz rabitə xidməti təqdim edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Texas ştatında baş verən dağıdıcı daşqınların fəsadlarını azaltmaq məqsədilə milyarder İlon Maskın qlobal peyk rabitə sistemi Starlink zərərçəkənlər üçün pulsuz rabitə paketləri təqdim etməyə başlayıb.

Trend-in məlumatına görə, bu barədə şirkət X platformasında paylaşım edib.

Bildirilib ki, Starlink ucqar ərazilərdə belə əlaqə təmin edən mini axtarış-xilasetmə dəstləri və bir aylıq pulsuz peyk internet xidməti təqdim edir. Bu paketlər daşqın bölgələrində əlaqə imkanlarının bərpasına kömək məqsədi daşıyır.

Şirkət əlavə edib ki, T-Mobile mobil operatorunun abunəçiləri peyk rabitəsi vasitəsilə mətn mesajları (SMS) göndərə bilirlər.

Qeyd edək ki, Texasda daşqınlar nəticəsində azı 80 nəfər həyatını itirib, 40-dan çox şəxs isə hələ də itkin düşmüş hesab olunur. Axtarış-xilasetmə işləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti