...

"İmişli" klubu üçüncü transferini həyata keçirib

İdman Materials 6 İyul 2025 11:04 (UTC +04:00)

Bakı. Trend:

"İmişli" futbol klubu yay transfer dönəmində heyətini yenidən qurmaq istiqamətində işlərini davam etdirir.

Trend-in məlumatına görə, komanda əvvəlki mövsümlərdə də heyətində yer alan hücumçu İbrahim Əliyevlə razılıq əldə edib.

Tərəflər arasında bir illik müqavilə imzalanıb. Bu transfer, "İmişli"nin mövsümlərarası fasilədə həyata keçirdiyi üçüncü rəsmi transfer olub. Daha öncə klub braziliyalı futbolçu Ronaldo Rodriqes və yerli oyunçu Azər Salahlının transferini açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti