Bakı. Trend:
Aşura günü ümumilikdə 2696 nəfər könüllü qan verib.
Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu şəxslərdən ümumilikdə 1213.2 litr qan tədarük olunub.
xxx
12:15
Saat 12:00-a olan məlumata əsasən, ümumilikdə 1424 nəfər könüllü qan verib. Bu şəxslərdən ümumilikdə 640,8 litr qan tədarük olunub.
Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
XXX
11:24
Azərbaycanda Aşura Günü münasibətilə könüllü qanvermə aksiyası davam edir. Aksiya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə həyata keçirilir.
Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 5 iyul 2025-ci il tarixində səhər saatlarından etibarən paytaxt və bölgələrdə yerləşən qanvermə məntəqələrində vətəndaşlar aksiyada fəal iştirak edirlər.
Saat 10:00-a olan məlumata əsasən, ümumilikdə 362 nəfər könüllü qan verib. Bu şəxslərdən ümumilikdə 162,9 litr qan tədarük olunub.
Bu ilki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 23 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxildir.
Qanvermə aksiyaları səhər saat 08:00-dan etibarən başlayıb və gün ərzində davam edir.