...

Zukerberq Ağ Evin oval kabinetindən qovulub - KİV

Dünya xəbərləri Materials 5 İyul 2025 14:21 (UTC +04:00)
Zukerberq Ağ Evin oval kabinetindən qovulub - KİV
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Meta” (keçmiş “Facebook”) korporasiyasının rəhbəri Mark Zukerberq Ağ Evdə oval kabinetdən kənarlaşdırılıb.

Trend xəbər verir ki, bu barədə NBC telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Zukerberq qapalı iclas gedən zaman gözlənilmədən içəri daxil olub. Həmin əsnada Ağ Ev rəhbəri Donald Tramp yüksək vəzifəli hərbçilərlə altıncı nəsil F-47 qırıcısı ilə bağlı müzakirə aparırdı. “Çağırılmamış qonağı”ın iclası tərk etməsini istəyiblər.

NBC telekanalının məlumatına görə, Zukerberqin iclasa qəfil daxil olması bəzi məmurları narahat edib, belə ki, onun müzakirə olunan məxfi məlumatlara müvafiq səlahiyyəti olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti