...

Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 5 İyul 2025 14:53 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Səhiyyə Nazirliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Qan Bankı, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilib.

Bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, aksiyada dövlət rəsmiləri, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının üzvləri, eləcə də 100-dək könüllü və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiyaya qatılanlar qanvermə ənənəsinin əhəmiyyətini vurğulayıblar. Bu təşəbbüsün Aşura mərasiminin dərin mənəvi və humanist ruhunun çatdırılması, insanlar arasında həmrəyliyin aşılanması, yardımlaşmanın önəminin təşviq edilməsi baxımından böyük rola malik olduğunu qeyd ediblər.

Respublika Qan Bankının xüsusi tibb briqadasının həkim hematoloqları tərəfindən həyata keçirilən qanvermə prosesində toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəlikdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Xatırladaq ki, bu gün qanvermə aksiyaları Şuşa, Ağdam şəhərləri, Naxçıvan Muxtar Respublikası daxil olmaqla ölkəmizin müxtəlif şəhər və rayonlarında təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti